"“KQB”-“FSB” “kryuçok”unda qalanların çıxışlarını təhlil edin..."-"SSRİ-ni “KQB” özü dağıdıb..."- I I yazı
“...Məntiqlə Sovet İttifaqının çökməsində əsas rol Qərbdə, Amerikada, “SRU”-da, “Mİ-6”-da, “Mossad”da olsaydı, 1991-ci ildən bəri Rusiyanın və postsovet məkanının əsas idarəçilik rıçaqları da onların əlində olar və heç o məkanda Putin kimi korrupsioner “KQB” inventarlarının iqtidara gəlməsinə imkan verməz, əksinə, gerçəkdən demokratik hakimiyyətlərin qurulmasına şərait yaradar, ən pis halda bu gün nəinki Ukraynada işğalı davam etdirən, üstəlik, Avropanı faktiki işğalla hədələyən Putin rejimini və ona dayaq duran digər vassal rejimləri asanlıqla ram edərdilər...”
*** *** ***
"Hər şey 1996-cı ildə hələ o vaxt prezident Yeltsinin İşlər idarəsinin rəis müavini olan Vladimir Putinin 7 dostu və qohumu ilə birgə qurduğu “Ozero”(“Göl”) kooperativindən başlandı... Orada yaradılmış dələduzluq, saxtakarlıq, korrupsiya “gölü” tədricən nəinki Xəzər boyda dənizə, az qala keçmiş SSRİ-dən də böyük bir “okean”a çevrildi. Və həmin ifrat dərəcədə və bütün mənalarda çirklənmiş “okean” bu gün yalnız Ukraynanı, Baltikyanı ölkələri, Güney Qafqazı, Orta Asiyanı deyil, bütün dünyanı təhdid edir...
*** *** ***
“Əgər bu fitnədən, bu düşmənçilikdən birdəfəlik xilas olmaq istəyiriksə, hər birimiz nifrətimizi ilk növbədə bizi vuruşduran imperiyaya, imperatora qarşı yönəltməliyik. Və hər birimiz bizləri döyüşdürmək üçün salındığımız imperiya qəfəsindən qurtulmağa çalışmalıyıq. Birimiz qurtulsaq, o birimiz qurtulmasaq, nə vaxtsa bizləri yenidən savaşdıracaqlar...”
*** ***
-FİKİR SAVAŞI...-
(Birinci yazı burada:)
Bu arada soruşa bilərsiz ki, bəs “KQB” Andropovun dövründən bəri Kommunist Partiyasından daha çox nəzarətdə saxlayıb idarə etdiyi o boyda SSRİ-ni niyə dağıtmaq niyyətində olsun ki?..
Maraqlıdır hə? Bunun da izahı var... Bu, sadəcə, mənim bir versiyamdır. Əsil gerçəyi Allah, əsas hissəsini də bu proseslərin təşkilatçıları və bir qism icraçıları bilir...
Məsələ ondadır ki, Sovetlər dönəmində ən çox xaricə, xüsusən də Avropa və Amerikaya gedib-gələn, qızıl, almaz, valyuta, dollar, marka və s. qaçaqmalçılığıyla məşğul olan və onu himayə edən məhz “KQB”, həmçinin “QRU”, “SVR” əməkdaşları, rezident və agentləri idi. Onların arasında sovet, kommunist, “leninçi” əqidəsinə uymamış, yalnız öz karyeralarını, dolanışıqlarını düşünən əksəriyyət Parisdə, Londonda, Nyu-Yorkda və s. insanların necə dəbdəbəli, varlı həyat sürdüklərini görür, bunu özlərinin dünyanın ən böyük ərazisinə, ən çox yeraltı, yerüstü sərvətlərinə qızılına, almazına, uranına, neft-qazına və s. malik bir ölkədə quru maaşlı, adi “Volqa” avtomobili almaqdan, kiçik bir ev tikdirməkdən də qorxduqları miskin həyatlarıyla müqayisə edir və gərgin stress keçirirdilər. Nəticədə aparıcı “KQB” və kəşfiyyat idarəçiləri toplanıb belə qərara gəldilər ki, belə bir varlı ölkədə bizim kasıb, gözüqıpıq dolanmağımıza səbəb elə məhz bu Kommunist Partiyası, onun mənasız marksist-leninçi ideologiyası və bu əsasda yaradılan qapalılıq, özəl təsərrüfata, ticarətə, biznesə qoyulan qadağalardır. Ona görə də “yenidənqurma”, “aşkarlıq” şüarlarıyla bu sistem qılafını dağıtmaq və onun qandallarından azad olub “demokratiya”, “bazar iqtisadiyyatı” adı altında ölkəni özümüzün agentura şəbəkələri vasitəsilə idarə edib yetərincə varlana biləcəyimiz nəhəng bir bazara döndərmək lazımdır. Müttəfiq respublikalar da əl-ayağımıza dolaşır, onların problemləri vaxtımızı çox alır. Qoy SSRİ konstitusiyasına uyğun olaraq ayrılsınlar, öz dövlətləri, bayraqları, orduları, pulları və s. olsun. Amma lazım gələndə iki əsrə yaxın vaxtda həmin respublikalarda möhkəmlənmiş geniş agentura, kəşfiyyat şəbəkələrimiz vasitəsilə onların sərvətlərindən də, qazandıqlarından da istədiyimiz qədər xərac alarıq. Nəticədə Rusiya imperiyası mahiyyətcə dağılmayacaq, sadəcə, SSRİ- Kommunist partiyası qılafını üzərindən atacaq...
Belə düşünən “KQB” zabitləri arasında pula, vara hərisliyi ilə ən çox seçilənlərdən biri də Vladimir Putin idi. Odur ki, “ağsaqqallar” “KQB”-nin taktiki və strateji planlarını həyata keçirmək üçün yeni qılaflı Rusiya-korrupsiya imperiyasına “keçid” kimi nəzərdə tutulmuş “alkaş” “demokrat” Yeltsindən sonra hakimiyyətə məhz Putinin gəlməsini məsləhət gördülər...
Əlbəttə, SSRİ-nin çöküşündə bu imperiya ilə rəqabət aparan ABŞ, Böyük Britaniya, Fransa və s. Qərb ölkələri, eləcə də İsrail kəşfiyyat xidmətlərinin də xeyli rolu var. Amma məntiqlə Sovet İttifaqının çökməsində əsas rol Qərbdə, Amerikada, “SRU”-da, “Mİ-6”-da, “Mossad”da olsaydı, 1991-ci ildən bəri Rusiyanın və postsovet........
© Moderator
