Tramp trapdan yıxılan yox, qılıncla rəqs edəndir - Kimin boynu vurulacaq?
Açığını deyək, Tramp prezident seçiləndən sonra dünyada bir cür nigarançılıq yaşanırdısa, andiçmə mərasimindən sonra bu nigarançılığın daha həyəcanlı formata keçdiyini deyə bilərik. Səbəb: hamı nəsə gözləyir, gözləməkdə davam edir, amma konkret və ya ona yaxın mesaj yoxdur. Təbii, bir andiçmə mərasimində dünyanın bütün problemlərinə münasibət bildirmək çətindir. Əlbəttə, söhbət Amerika daxilinə hesablanmış siyasətdən yox, daha çox Rusiya-Ukrayna müharibəsinə, Yaxın Şərqdəki vəziyyətə, ayrıca Suriyaya, İrana yönəlik mövqedən gedir. Birincisi, hamının gözlədiyi Ukrayna müharibəsinə münasibətdə qeyri-müəyyənlik elementləri daha çoxdur və soyuqqanlı yanaşsaq bunu Trampın müəyyənləşdirdiyi qeyri-müəyyənlik kimi dəyərləndirmək olar. Yəni, ilk gündən hər şeyi açıb tökmək olmaz. Amma, Ukrayna cəmiyyəti andiçmədən sonra daha çox məyusluq içərisindədir. Zelenskinin inauqurasiyaya dəvət edilməməsi onsuz da ukraynalılarda xəyal qırıqlığı yaratmışdı, amma Ukrayna ilə əlaqədar ümidverici mesajların olmaması böyük nigarançılıq yaradıb. Rusiya mediasında isə hiss olunur ki, Kremldə Trampın Rusiya, Putin haqqında dediyi hər kəlməni göydə tutub........
© Moderator
