550 illik xəyalların çöküşü... - Əli Cabbarov yazır
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Nə qədər qocalsa da, amma yenə də ac gözlərini Şərq və Qərbdən ayıra bilməyən ikibaşlı rus qartalının Ukraynada yaşadığı faciə bu dəfə uçmaqdan daha çox, sürünərək ömrünün sonunda heç olmasa bir qanlı tikə tapmaq ümidi ilə yaşayan yırtıcının son günlərinə bənzəyir.
Məkrli Moskva tərəfindən cəmisi üç günə (72 saat) bitməsi planlaşdırılan, ancaq bu gün artıq 5-ci ilinə keçən Rusiya-Ukrayna müharibəsi, özünün qanlı nəticələri və qlobal dünyada yaratdığı təsirləri ilə rus işğal düşüncəsinin iflası olaraq tarixə keçməklə, bu iki qardaş xalq arasında da əsrlərlə davam edəcək qanlı düşmənçiliyə də səbəb oldu.
Əslində, 2014-cü ildən Ukraynanın nəhayət ki, rus təsirindən qopub müstəqil olmasından başlayan və 2022-ci ilin 24 fevral günü Kremlin qondarma “denatsifikasiya” və “demilitarizasiya” bəhanəsi ilə genişmiqyası işğal əməliyyatlarına çevrilən bu müharibə dünyanın 2-ci böyük ordusunun nə qədər çürük və nə qədər köhnəlmiş olduğunu bir daha ortaya qoydu. Qısa müddətdə strateji hədəf seçilmiş Kiyev istiqamətində çıxmaza girmiş rus ordusunun məhv edlmiş on minlərlə hərbi texnikası və əsri düşmüş gənc, hazırlıqsız əsgərləri korrupsiya və reket ölkəsi olan Rusiyanın real mənzərəsini də ortaya qoydu. Ukraynaya nə üçün gönədrildklərini belə bilməyən əsir ruslar üçün bu ölkədə rastlaşdıqları faciə daha çox onlara, onların valideynlərinə utanc dolusu bir dərs də oldu. Bu, evində rus dilindən daha çox xarici dillərdə danışan ortabab ruslar da daxil olmaqla dünyanın ərazicə bu ən böyük ölkəsinin öz daxilində başlayan “derusifikasiya”nın da başlanğıcı oldu. Artıq elə Kremlin bülbülləri də daxil olmaqa........
