menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Məktəblilərin qorxusu: Bullinq

7 4
29.01.2026

BAKI, Azərbaycan

Bullinq nədir? İngilis dilindən tərcümədə “bullying” sözü qorxutma və zəhərləmə mənasını verir. Bu, azyaşlı və yeniyetmə yaşlı kollektivdə kollektivin bəzi üzvlərinin digər üzvlərə qarşı aqressiv davranış və yanaşması nəticəsində yaranmış işgəncənin bir növüdür. Böyük yaşlı kollektivlərdə isə zəhərləyici ünsiyyət, boykot, xəbərçilik, psixoloji işgəncə “mobbinq” adlanır. Bullinqin növləri müxtəlif ortamlara görə fərqli olur. Məsələn, fiziki bullinq itələmələr, təpiklə vurmalar, verbal bullinq hədə qorxu, təhqirlər, lağa qoymaq, alçaltmaq, sosial-psixoloji bullinq isə sosial izolyasiyaya istiqamətlənir və dediqodular, iqnorlar, boykotlar, manipulyasiyalar şəklində olur. Kiber bullinq isə internet bullinqidir sosial şəbəkə, elektron poçtlar vasitəsilə yanlış dediqodular, informasiyalar, neqativ şərhlər vasitəsilə həyata keçirilir. Bullinqin bu növünü dayandırmaq daha çətindir, nəticədə ocağın haradan olmasını tapmaq bəzən mümkün olmur.

Məktəb bullinqi bu gün bütün valideynləri narahat edən mövzudur. Bəs bu gün müasir bullinqin fərqliliyi nədir? Məktəblərdə bullinqin yaranma səbəbi ailəyə, ortama və məktəbə əsaslana bilər. Uşaqlar nümunələri valideynlərindən götürürlər. Sonsuz seyr edilən işgəncənin nümayiş edildiyi filmlər, yaşadıqları yerdə məhəllə etikası, zəiflərə və xəstələrə qarşı hörmətsiz münasibət bullinqi yaradan səbəblərdəndir. Eyni zamanda uşaqların oynadıqları komputer oyunları, oyunlarda verilən “tut öldür” əmrləri şüuraltında toplanan ən ciddi psixoloji travmalardandır. Məktəblərdə isə kollettiv aqressiyanın məktəb kollektivi tərəfindən qarşısın alınmaması bullinqin yaranması səbəblərindən biridir. İlk növbədə sosial şəbəkələrdə oturan uşaqlar istənilən mənfi və neqativ məlumatları ala bilir, məktəbli qruplarında aqressiv ünsiyyətlər, yaşa uyğun olmayan videolar, şəkillər paylaşıb təhqir edici şərhlər yazırlar və qarşılıqlı aqressiyaya başlanğıclardan biri buradan qoyulur.

Bullinqi hazırda aqressiv psixoloji-fizioloji zəhərlənmə və uşaq qəddarlığı kimi analiz edirlər. Məktəbdə........

© Dikgazete.com