İlkin konsultasiya zamanı düzgün yanaşma
Psixoloq Ruhiyya Rustamova, Azerbaycan’dan yazdı;
İlkin konsultasiya zamanı düzgün yanaşma
Klinik müşahidənin əsas cəhətlərindən biri müşhaidə üsuludur. Müşahidə xəstə ilə söhbət zamanı xəstənin şöbədə olduğu zaman aparılmalı və ya məlumatları başqalarından da almaq mümkündür. Söhbət əsnasında həkimi xəstənin mimikası, suallara reaksiyası, emosional halı, davranışı və s. cəlb edə bilər. Amma xəstənin hər bir hərəkətində patologiya axtarmaq da düzgün deyil. Bu zaman xasiyyətlə, yaşla, intelektual-mədəni inkişafla əlaqədar bəzi xoşagəlməz halları düzgün qiymətləndirmək lazımdır.
Uşaqlar və yeniyetmələrlə ünsiyyətin özünəməxsus xüsusiyyətləri vardır. Yaşından asılı olaraq uşaqlara və yeniyetmələrə klinik müşahidə zamanı müxtəlif taktiki gedişlərdən istifadə edilir. Söhbət zamanı bir sıra amillərə diqqət edilməlidir.
Uşaqları aldadaraq, səbəbini izah etmədən, onların razılığını almadan psixoloqa aparılması düzgün deyil, çünki bəzən uşaqlar həkimin yanında qalmaqdan və ya iynənin vurulmasından qorxurlar;
Əksər hallarda uşaqlardan məlumat almaq çətinlik törədir;
Bəzi hallarda uşaqlar sualların mənasını düzgün başa düşmür, analiz edə bilmədikləri üçün ünsiyyət yaratmağa can atmırlar;
Müsahibə öncəsi uşaqlar onlara olan diqqətdən həyacan keçirirlər.
Bəs uşaqlarla klinik müşahidə öncəsi necə doğru ünsiyyət yaratmaq olar?
İlk olaraq uşaqla tanış olmaq, onun........
