Uşaqlarda yalan danışma davranışının psixososial izlənməsi və həlli yolları
Psikolog M. Almara Ağaqızı, Azerbaycan'dan yazdı;
Uşaqlarda yalan danışma davranışının psixososial izlənməsi və həlli yolları
Uşaqların psixoloji inkişafı, həmçinin onların davranışları və şəxsi xarakterləri, yaş dövrlərinə uyğun olaraq müəyyən mərhələlərdən keçir. Bu mərhələlərdə ən çox qarşılaşılan məsələlərdən biri də uşaqların xəyalla gerçəyi bir-birindən ayırmaqda çətinlik çəkməsidir. Bu xüsusiyyət, xüsusilə 3-7 yaş arasındakı uşaqlarda daha çox müşahidə olunur. Çünki onlar, hələ tam olaraq reallığı dərk edə bilmədikləri üçün, bir çox hallarda xəyal dünyasında yaşamağa daha meyllidirlər.
Uşaqların mühakimə bacarığı və yalanın təsiri
Uşaqların düşüncə və mühakimə yürütmə qabiliyyəti, 11 yaşından sonra daha da inkişaf edir. Böyüklərin etdiyi kimi, doğru ilə yanlış arasında fərq qoymaq, yalnız bu yaşlardan etibarən mümkündür. Bu dövrdə uşaqlar artıq hadisələrə obyektiv yanaşmağa başlayır və daha təsirli mühakimə yürüdə bilirlər.
Ancaq bəzi uşaqlar, qarşılaşdıqları çətinliklər və ya qorxu səbəbilə, yalan danışma davranışını sərgiləyə bilərlər. Məsələn, əgər uşaqlar cəza və ya qəzadan qorxurlar və ya başqalarının diqqətini özlərinə çəkmək istəyirlərsə, yalan danışmaq asan bir seçim kimi görünə bilər. Əgər bu cür davranış vaxtında qarşısı alınmazsa, yalan danışma vərdiş halını ala bilər və bu da uşağın gələcək psixoloji inkişafına mənfi təsir göstərə bilər.
Yalanın təsiri və psixososial inkişaf
Uşaqların yalan danışması yalnız sosial əlaqələrini zədələməkdən başqa, onların psixososial inkişafına da mənfi təsir göstərə bilər. Uşaqlarda bu davranış təkrarlana bilər və hətta yetkinlik dövründə də davam edə bilər. Yalan danışan uşaqların ətrafdakı insanlara qarşı etibarının azaldığını, həmçinin özünə güvənlərinin zəifləşdiyini müşahidə........
