Təlim: Yaşla sərhədlənməyən bir səyahət
Psikolog M. Almara Ağaqızı, Azerbaycan'dan yazdı;
Təlim: Yaşla sərhədlənməyən bir səyahət
Təlimin yaşı yoxdur. Öyrənmək insanın həyat boyunca davam edən, dayanmadan dəyişən və dərinləşən bir inkişaf yoludur. İnsan beyni doğulduğu andan etibarən öyrənməyə meyillidir və bu qabiliyyət həyatın bütün mərhələlərində aktiv şəkildə qalır. Beynin yeni bilikləri qavrama və yadda saxlama bacarığı yalnız uşaqlıq illəri ilə məhdudlaşmır. Əksinə, yaş artdıqca insan beynində baş verən dəyişikliklərə baxmayaraq, öyrənmə prosesi davam edir. Neyron əlaqələrdə müəyyən zəifləmələr müşahidə olunsa da, bu heç də öyrənmənin dayanması demək deyil. Əksinə, yaşlılıqda öyrənmə daha zəngin, daha təcrübəyə əsaslanan və mənalı şəkildə baş verir.
Yaşlı insanlarda öyrənmə prosesi gənclərlə müqayisədə fərqli mexanizmlərlə işləyir. Bu yaş qrupunda bəzən psixoloji baryerlər, özünə inamın azalması və keçmiş təcrübələrdən doğan ehtiyatlılıq öyrənməyə mane ola bilər. Ancaq bu əngəllər öyrənmənin mümkünsüzlüyü anlamına gəlmir. Sadəcə, fərqli yanaşmalara ehtiyac var. Praktik təlimlər, real həyat təcrübələri ilə əlaqələndirilmiş dərslər və fərdiləşdirilmiş öyrənmə metodları yaşlıların........
