ÖRNƏK İNSAN, USTAD MÜƏLLİM
Bu dünyaya gələn bir gün gedəcək,
Mən də gedəcəyəm gedənlər kimi.
Dünyada əbədi qalan deyiləm
Onu tərk edəcəm edənlər kimi.
1960-cı ildən elmlə məşğul olan, ömrünün sonuna kimi müəllim kimi fəaliyyət göstərən, Nizami ədəbi irsinin davamçısı 150-dən çox elmi məqalənin müəllifi olan ədəbiyyatşünas prof. X. Yusifli həm də bir tərcüməçi kimi xidmət göstərərək Nizaminin əsərlərini farscadan tərcümə edərək nəşr etdirmişdir. X. Yusifli elmi və pedoqoji yaradıcılıqla bərabər bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun “Avey hey…” kitabında toplanan şeirləri oxucunu keçmişə aparır, onu bu günlə yaşadır və gələcəyini düşünməyə vadar edir. Xəlil Yusiflinin elmi və pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2009-cu il tarixli, 241 №-li sərəncamı ilə Əməkdar elm xadimi fəxri adına, 4 may 2015-ci il tarixli 1202 №-li sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür.
Filologiya üzrə fəlsəfə doktoru Ə. Muxtarov “Nizami irsinin yorulmaz tədqiqatçısı” adlı məqaləsində yazır: “Professor Xəlil Yusifli hər zaman gəncləri çalışqan olmağa, həvəslə ardıcıl, davamlı elmi fəaliyyətlə məşğul olmağa çağıraraq yenə də Nizami Gəncəvinin sözləri ilə bizə yüksək elmi istiqamət verir və deyirdi: “Nizami Gəncəvi yazır ki, elə bir gün olmayıbdır, yeni bir şey öyrənmədən başımı yastığa qoyum”. Və bu örnəklərlə o, bizi gerçək elmə, yaradıcı zəhmətə çağırırdı”. X. Yusifli bir müəllim kimi tələbələrinin mənəvi atası, dostu olub. Müəllim adı X. Yusifli kimi müəllimlərin timsalında özünün dar, lüğəti mənasından çıxaraq daha böyük mənalar kəsb edir, misilsiz məzmun daşıyır. Xəlil müəllim tələbələrini elm aləminə, sirlər dünyasına aparan, onlara düşünə bilməyi, elmin zirvəsində qanadlandırıb uçmağı öyrədibdir. Bir sözlə X. Yusifli əlində qələm, dilində “elmlə gələcəyə doğru” – kəlamları ilə tələbələrinin və millətin tərəqqisi üçün əlindən gələni əsirgəməyib. Böyük yunan........
© dibace.net
