ӘRİYӘN ŞAM
Qaçqın şәhәrciklәrindә vaxtsız hәyatını dәyişmiş
Azәrbaycan uşaqlarının xatirәsinә hәsr olunu
Artıq axşam düşürdü. Yunis kişi dünәndәn qalmış xörәyi qızdırmaq istәyirdi ki, çadır qonşusu, vaxtilә isә rәhbәrlik etdiyi mәktәbdә tarix müәllimi işlәmiş Rüstәm kişinin onu sәslәdiyini eşitdi.
-Ay Yunis müәllim, Yunis müәllim.
-Rüstәm müәllim, buyurun.
-Hәr vaxtın xeyir, ay Yunis müәllim.
-Xeyir içindә.
-Nә tәhәrsәn? Eşitdim ki, nәvәn özünü pis hiss edir.
-Hә.
-Uşaq indi nә tәhәrdir?
Yunis kişi nә deyәcәyini bilmәdi. Dünәndәn bәri yazıq uşağın halı daha da pislәşmişdi. Ondan hәlә dә cavab gözlәyәn Rüstәm kişiyә dedi:
-Hә, axşam halı lap pislәşmişdi.
-Bәs necә olacaq?
-Heç özüm dә bilmirәm.
Yunis kişinin gözlәri doldu. Fikir onu elә çulğalamışdı ki, Rüstәm kişinin nә dediyini artıq eşitmirdi. Rüstәm kişi Yunis kişinin onu dinlәmәdiyini, fikri başqa yerdә olduğundan onunla sağollaşıb getmәk istәdi:
-Sağ ol, ay Yunis müәllim. Daha mәn gedim.
-Yaxşı.
-Bir şey lazım olsa, xәbәr göndәrәrsәn.
Yunis kişi sakitcә başı ilә «hә» dedi. Rüstәm kişi onun danışmağa hәvәsi olmadığını yәqin edib, özünün çadırına tәrәf addımladı. Yunis kişi gözlәri ilә onu çadıra qәdәr ötürdü…
Xәyallar Yuniş kişini doğma elinә-obasına apardı. Rüstәm kişi onun mәktәbinin qabaqcıl müәllimlәrindәn biri idi. O, bir tarix müәllimi kimi böyük hörmәt qazanmışdır. Hәlә Sovet İttifaqı dövründә öz şagirdlәrinә Azәrbaycan tarixini böyük hәvәs vә maraqla öyrәdәrdi. Ermәnilәrin 1905, 1918-ci il qırğınlarını vә Azәrbaycan xalqının, ümumiyyәtlә türklәrin başlarına açdıqları dәhşәt vә müsibәtlәri barәdә şagirdlәrinә әtraflı mәlumat verәrdi, tarixi keçmişimizin unudulmamasına çalışardı. Bunlar üçün dә başı çox ağrılar çәkmişdir. Hәtta onu gözügötürmәyәnlәr millәtçi damğası ilә mәktәbdәn kәnarlaşmasını istәmişdilәr. Yunis kişi mәktәb direktoru kimi mәsәlәyә qarışaraq vә rayon partiya qurumlarındakı әlaqәlәrindәn istifadә edәrәk, Rüstәm kişinin mәktәbdәn xaric olunmasının qarşısını almışdır. İndi isә Rüstәm kişi bu fani dünyada dәrdlәri ilә baş-başa qalmışdır. Halını nә soruşan var, nә dә ki, bir maraqlanan…
Bir az aralıda oynayan uşaqların qışqırtıları onu fikirlәrindәn ayırdı. Nә olduğunu anlamağa çalışırdı ki, balaca Nәsibәnin qışqıraraq dediklәrindәn baş vermiş hadisәni tәxminәn anladı:
-Nәnә, ay nәnә, bacımı ilan vurdu.
Balaca Nәsibә çadırdan özünü bayıra atan Salatın nәnәnin ayaqlarını qucaqladı. Salatın nәnә sanki yuxuda idi. Nәsibә nәnәsinin heç nә başa düşmәyәrәk onun üzünә baxdığını görüb dedi:
-Ay nәnә, tez ol, kömәk et, Nәcibә ölür…
…Yunis kişi bu xәbәrdәn bәrk sarsılmışdı. Hadisә baş verәn yerә tәrәf addımladı. O, Nәcibәnin ilan vurmuş cәsәdinә yaxınlaşdı. Körpә qızın çöhrәsindә bir kәdәr, hüzn vardır…
Salatın nәnәnin Nәcibәnin cәsәdini qucaqlayıb ağlaya-ağlaya dediyi bayatı Yunis kişinin qulaqlarından getmirdi:
Qәm qapımı döydü, neylim,
Dәrd qәddimi әydi, neylim.
Zalım fәlәk bir ox atdı,
Gәldi mәnә dәydi neylim.
Nәcibәnin ilan çalmış cәsәdi Yunis kişinin xәyalında nәvәsi Mübarizin dә vaxtında müalicә olunmasa, xәstәliyi, әn әsası da imkansızlığı ucbatından ölmәsini, ağır da olsa, gözü önünә gәtirdi. Şәhәrcikdә isә hәkim yox idi. Şәhәrcik sakinlәrinin tibbi yardıma ehtiyacı heç kәsi maraqlandırmırdı. Mübarizin halı kәskinlәşәndә Yunis kişi vaxtı ilә kәndlәrindә feldşer işlәmiş Nәrgiz nәnәyә müraciәt edirdi. Nәrgiz nәnә Mübarizin burada müalicәsinin qeyri-mümkün olduğunu bildiyindәn, onun Bakıya getmәsini mәslәhәt görmüşdür. Yunis kişinin isә әlindә pulu yox idi ki, nәvәsini Nәrgiz nәnәnin mәslәhәt gördüyü vә az-çox bәlәd olduğu Bakıya aparsın. Yunis kişi nәvәsinin sağalması ümidi ilә yerli mәmurlardan yardım istәmişdi, lakin onların biganәliyi qocanın ümidlәrini puça çıxartmışdır. Dünyada yeganә ümid çırağı olan nәvәsi gözünün qarşısında ocaq kimi sönürdü. Kömәksiz, kimsәsiz nәvәsindәn utanırdı.
Çadırına qayıdan Yunis kişi xörәyi tәkrar qızdırdı. Hisdәn qaralmış çaydanı da qaynamaq üçün ocağın üstünә qoydu. Balaca süfrә açıb, Mübarizi sәslәdi.
-Ay Mübariz, bala.
-Nәdi baba?
-Gәl bala.
-Baba, indi gәlirәm.
-Bala, başına dönüm, tez gәl.
Yemәk olduğunu demәdi, çünki gәrәk........
© dibace.net
