Sevinc Səyyadqızının “Nərgizlər yalan deməz” şeirlər kitabı haqqında
“Mən
sənin eşqin üstə köklənmiş,
dəliqanlı havayam,
dilləndir eşq damaram…”
Bəzi xanım şairələrin misralarından kimliyini müəyyən etmək olur. Hətta kitabın üz qabığından belə, bu kitaba sığışan misraların incə, zərif bir könüldən axıb süzüldüyünü görmək olur. Sevinc Səyyadqızının ”Nərgizlər yalan deməz” şeirlər toplusunda olduğu kimi.
Kitaba daxil edilmiş ilk şeir “Uğur böcəyi…” adlanır. Uğur böcəyi ilə yaradıcılıq yoluna qədəm qoyan şairə misralarının uğur sevinci ilə köklənməsini arzulayır. Əslində uğur böcəyi şairənin elə özüdür, desək, daha doğru olar. Dünyanı hər üzüylə, yaxşısı-pisi ilə qəbul edən, kiçicik dünyasında dünya boyda huzur yaşayan və yaşadan Sevinc xanım söz dünyasını saf, təmiz bir sevgidə, şipşirin ümidlərdə görür. Uğur böcəyinin körpə qanadları, incəcik bədəni şeirdə özünəməxsusluqla təsvir edilir:
Incəcik bədənin həbsəmi girmiş,
Gizli tellərini sərt qanad sarar.
Uğurlu yol açan uğur böcəyim,
Kimsəyə ov olmaz, məğrur dayanar.
Şeirlərində uğur böcəyi hər an şairəni izləyir, ona yol yoldaşı olur, sevgisini xatırladır. Bəlkə də elə uğur böcəyi onun könlünü bu qədər isidir. Uğur böcəyini həyatına yol yoldaşı seçən şairənin bütün misralarında ümid pöhrələnir, ədəbiyyatımıza –poeziyamıza rəng qatır. Şairənin uğur böcəyi ilə söhbəti oxucusunun da belə içinə ümid qığılcımı qatır:
”Qanadlan, böcəyim, düyün olacaq,”
Yaz olar, sülh olar, sənin gəlişin,
“Anam sənə çəkmə, tərlik alacaq,”
Səadət gətirmək olsun qoy işin.”
Sevinc xanımın dünya ilə söhbətləri də fərqlidi və fəlsəfi məqamlara köklənir.
Dünya şairə görə “yarı qumdan, yarı gildən, yarı sudan, yarı sözdən, yarısı dildən” ibarət olub, elə də olacaq, deyə, səbəbsiz heç nəyin olmadığını xatırladır. Amma bütün bunlara baxmayaraq dünyanın yarıdan çox parlayan işığı hər zaman şairənin könül yoldaşı olur.
Səbəbsiz yarpaq titrəməz,
Gözündəki yaşını sil.
Dünyanın yükü çəkilməz,
Yarı qumdu, yarısı gil…
Yarı qum, yarı gildən ibarət olan dünyada yaşaya bilmək, həyata nikbin gözlə baxa bilmək, gözəllikləri görə bilmək, şairə görə ən əsas........
© dibace.net
