Azərbaycanda bütün qadınlar hədəfdədir
Bir qadını hədəfə almaq - Qadınları hədəfə almaq siyasi mübarizə deyil! Bu, siyasi mübarizənin bitdiyi, fikrin, arqumentin, ideyanın tükəndiyi nöqtədir. Qadının adı üzərindən şayiə yaymaq, onu şübhə obyektinə çevirmək ən köhnə, ən primitiv, ən iyrənc manipulyasiya üsullarından biridir. Təəssüf ki, bu üsul hələ də işləyir, hələ də ondan istifadə edirlər.
Söz bitəndə böhtan başlayır. Fakt yoxdursa, sübut yoxdursa, mövqe yoxdursa - qadının adı ortaya atılır. Məqsəd nəyisə isbatlamaq deyil; məqsəd şübhə yaratmaqdır. Çünki şübhə fakt qədər səslidir, bəzən ondan da qalıcıdır. İddia səsləndirilir, amma cavabdehlik daşınmır. Bu, məsuliyyətsizliyin "ideologiya"sıdır...
Xaricdən, məsafədən, sosial şəbəkələrin təhlükəsiz sığınacağından səslənən hücumlar artıq nə ictimai rəy yaradır, nə də........
