Bakıda onu vəzifədən çıxartdılar, İran “hücuma” keçdi
Azərbaycan Yazıçılar Birliyinin Güney ədəbiyyatı komissiyasının sədri Sayman Aruzun vəzifədən kənarlaşdırılmasının İranın xüsusi xidmət orqanlarına necə təsir edəcəyi bəlli idi - illərlə yetişdirilib, formalaşdırılıb, Cənubda şeir yarışında qalib elan edib, sonra Eldar Mahmudovun nazir olduğu zaman milli təhlükəsizlik sistemində yaranmış boşluqdan sui-istifadə edərək, Azərbaycana göndərdiyi və burada böyütdüyü bir şəxsin “sıradan çıxarılması” yönündə ilk addım əlbəttə ki, ETTELAAT-ı qane etməyəcəkdi.
Buna görə də Sayman Aruz 23 dekabr 2025-ci ildə AYB-nin Cənubi Azərbaycan ədəbiyyatı komissiyasının rəhbəri statusundan məhrum edilən kimi İranın Azərbaycana qarşı yaratdığı “Səhər” kanalının dərhal reaksiyası gözlənilən idi.
Amma “Səhər” xüsusi canfəşanlığı ilə özünü ifşa etdi. Çünki adi məntiqlə sual yaranır: Sayman Aruzun müstəqil Azərbaycanın Yazıçılar Birliyində vəzifədən alınması və xalq şairi Sabir Rüstəmxanlının AYB-nin Güney komissiyasına rəhbərlik etməsi niyə “Səhər”i narahat etməlidir?
Məntiqlə bu komissiyaya Sayman Aruzun rəhbərlik etməsindən “Səhər” daha çox narahat olmalıdır: Sayman İranda böyüyüb, İran türməsi görüb (guya), təzyiqlərlə üzləşib (guya), İranı, ordakı ədəbi mühiti daha yaxşı izləmək imkanındadır, farscanı bilir, güneyli gənclərlə əlaqəsi daha genişdir və ilaxır. Belə bir şəxs AYB-nin Güney komissiyasına rəhbərlikdən........
