menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Əlinin qapanı və Avropadakı “söyüşçü”lərin Bakıdakı əli

6 10
29.01.2025

Aygün Muradxanlının bir müddət əvvəl öz kanalında məmurlara yağdırdığı təhqirlərə “Mərəzə yolçusu” “epiteti”ni yapışdırması barədə görüntünü rayondan göndərdilər mənə: izlədim və jurnalist, ziyalı adına iddia edən xanımın özünə və ağzına yaraşdırdığı ifadələrdən çox təəccübləndim.

Qısa, cəmi 2 dəqiqə neçəsə saniyədə adam özünü, mahiyyətini, kimliyini və mənəviyyatını tam çılpaqlığı ilə ortaya qoyurdu. Təsvirindən belə anlaşılırdı ki, uniformalı biri qadın bərbərxanasına gəlib, ordan “aylığını” (aylığı 10 manatmış) istəyirmiş. Muradxanlı onun üzərinə “nayejat” eləyib və bu “qoçu-məmur” da utanıb gedibmiş.

Bir jurnalist-ziyalının efirdə “üstünə nayejat elədim” ifadəsini işlətməsi haradan yarana bilər? Bu, təkcə dil çirkliliyi deyil, rus sözündən istifadə də deyil – bu, jarqondur! Küçə leksikonundan efir mədəniyyətindən xəbərsizlər kamera qarşısında istifadə edə bilər.

Muradxanlı faktiki olaraq “qoçu” adlandırdığı “10 manat dilənçisi”nə qarşı nə orda, nə də efirdə peşəkar kimi davranır; çünki bunun üçün intellekt və qabiliyyət lazımdır, “qoçu”, “qanuni oğru” kimi danışmaq yox.

Jurnalist faktoloji danışmalıdır, Muradxanlı isə heç mifoloji da danışmır: uniformalı şəxs kimdir, hansı qurumu təmsil edir: polis, vergi, gömrük, sərhəd xidməti, yanğınsöndürən? – kimdir axı bu adam?

Ad çəkmir, konkretləşdirmir, ancaq “işarə edir”: “Burda adam öldürüblər, ya adam döyüblər, niyə girmisən bura” cümləsi “gələnin” əslində kimliyi haqda təsəvvür yaradır. Hər halda hansısa obyektə adam öldürüləndə və yaxud döyüləndə vergi məmuru girmir!

Gələnin kimliyi haqda cəsarəti çatıb bir kəlmə deməyən bu “mübariz-peşəkar” xanım küll halda Azərbaycan məmurunun ünvanına təhqirlər yağdırmaqdan usanmır. Çünki ünvansızdır, heç bir qurum bu təhqirləri öz üstünə götürməyəcək və hesabını sormayacaq: ona görə ümumi təhqir olar, elədirmi? Və bu ümumi təhqirləri “Mərəzə yolçusu” ifadəsini dilinə, ağzına almaqla, böyük bir camaatın izzəti-nəfsinə toxunmaqla, qürurunu aşağılamaqla davam etdirmək mümkündür?

Bu insanlar özlərini ifadə edə, düşüncələrini sözə çevirə bilmirlər, yoxsa mahiyyətləri bundan ibarətdir?

Bir “yeri gəlmişkən”ə ehtiyac var: Belarusda seçkilərin ən qızğın çağında Lukaşenkonun mövqeyini müdafiə təsiri bağışlayan, əslində ölkənin hansı Meydana çevrilə biləcəyini əhatə edən bir yazını müxalifətin sosial şəbəkədəki 200 minlik məşhur qrupunda paylaşmaq qərarı verdik. Sadəcə, eksperiment istəyimiz vardı: görəsən, Belarus hakimiyyətinə qarşı ən sərt mövqedə dayanan müxaliflərin böyük şəbəkəsi buna necə və hansı ifadələrlə reaksiya verəcək?

Admin yazını müzakirəyə təqdim etdi və ən qısa müddətdə yüzlərlə reaksiya gəldi. İnanılmayacaq bir mənzərəydi – yüzlərlə şərhin içində bircə təhqiramiz ifadə tapmaq mümkün deyildi, hamı Belarusdakı vəziyyəti və nə istədiklərini izah etməyə çalışırdı. Halbuki rus düşüncə tərzində söyüşlə fikir ifadəsi adi haldır – “ağ ruslar” da fərqlənməməli idilər. Dəqiq xatırlayıram, yalnız bircə “ağır”........

© axar