Ölən tək dəniz deyil, Göy üzüdür... - Faiq QİSMƏTOĞLU yazır
( Millət vəkili, yazıçı -publisist İmamverdi İsmayılovun" Labirint" povesti çox möhtəşəmdir)
İstedadlı insanlar nə iş görsələr həmişə adamları təəccübləndirməyi bacarırlar... Çünki onlar nəyi və necə yazmağı hamıdan yaxşı bilirlər. Bu mənada millət vəkili, yazıçı -publisist İmamverdi İsmayılov da həmişə öz oxucusuna sevgilə yanaşa, onun qəlbinə, ürəyinə yol tapan , daha doğrusu, onu övladı,nəvəsi qədər sevən qələm admalrdandir. O, ilk hekayəsindən tutmuş , sonuncu povestinə kimi öz ənənəsinə sadiq qalır.
İmamverdi müəllim yaxşı bilir ki, oxucunu küsdürmək olmaz. Özü də indiki ədəbiyyat bolluğunda . Ona görə də istedadlı yazıçı hansı janrda əsər qələm alırsa , orada sona qədər səmimi olur. Elə oxucular da bu səmimiyyətinə görə onu çox istəyir, oxuyur və hər dəfə özünə tapır. Və mən də İmamverdi İsmayılov bu cəhətlərinə görə çox istəyirəm... 50 il əvvəl necə tanımışamsa, elə həmin İmamverdi İsmayılovdur!
Heç dəyişməyib, əksinə bir qədər də sadə və səmimi olub.Onun hər hekayəsi, povesti, romanı, hətta portret oçerkləri möhtəşəmdir; gözəl dili, obrazlı təsvirləri,........
