GÜLLƏLƏR ALTINDA GÖNDƏRİLƏN MESAJ - Aqil ABBAS yazır
Bu günlərdə «Dolu» filminin Komandiri, Azərbaycanın Xalq artisti Məmməd Səfa müəllim mənə qəribə bir video göndərdi. 44 günlük müharibənin şıdırığı vaxtında Hüseyn Mustafayev adlı bir döyüşçü güllələr altında həyəcanla Komandirə telefon açıb ona minnətdarlığını çatdırır.
- Komandir, döyüşdən əvvəl Dolu filmini izlədik. Kinodan çox təsirlənmişdim. Mən sizi bir dəfə avtobusda görmüşəm. Dolu filminə baxanda siz yadıma düşdünüz. Filmdən sarsıldım, biz gəncləri vətənpərvər ruhda siz yetişdirmisiniz... Komandir, salam. Bilmirəm məni tanıyacaqsınız, ya yox, bir dəfə avtobusda getmişdik, sizi görəndə gözüm dolmuşdu. Soruşdum ki, Dolunun ikinci hissəsini çəkəcəksiniz, dediniz ki, maliyyə problemi var. Filmin sonunda siz getdinz barrikadanı keçdiz ey, Drakonla Pələnglə, Komandir, biz bacardıq, ora biz qayıdacağıq. O filmin ikinci........
