Özəl dünyamın ADAMI - Əbülfət Mədətoğlu yazır
Həyat adamlarla maraqlıdır, gözəldir, diqqət çəkəndir. Doğrudur, təbiətin də yeri danılmazdır, amma o təbiətin gözəlliyini də insanın canına, qanına hopduran, ona doğmalaşdıran həmin o böyük mənada ADAM-lardır. O adamları gözün axtarır, könlün soraqlayır, onların səsini, səmirini axtarırsan xəyalında. Deməli, harda, necə yaşamağından asılı olmayaraq, birmənalı şəkildə həmin adamlara köklənirsən, onlara söykənib, onlardan dəstək alıb, öyrənib, vurğuladığım təbiətin də gözəlliyini onunla həmahəng edib yaşamağın dadını çıxarırsan. Hətta arada onların varlığı üçün, onları yaratdığı üçün Allaha əl açıb təşəkkür də edirsən.
Mən ağlım kəsəndən qarşıma çıxan, həyatıma daxil olan, ayrı-ayrı adamların yerini həmişə görürəm, dəyərləndirirəm və onları unutmuram, əksinə, onların mənim həyatımda olmalarından qürur duyuram, məmnunluq hiss edirəm. Baxmayaraq ki, həmin adamlar bəlkə də kimlər üçünsə mənim qəbul etdiyim, dərk etdiyim, anladığım səviyyədə deyillər. Çünki hər kəsin baxış bucağı var, hər kəsin mizam- tərəzisi var. Ona görə də kimsəni qınamaq olmaz. Lakin bir danılmaz gerçəklik də var ki, hamıya yaxşı olmaq mümkün olmayan bu dünyada yaxşıların sırasında olmaq gözəldi, maraqlıdı. Bax, indi mən az qala gözüyumulu, əzbərdən deyə bilərəm həyatımda olan adamların adlarını, soyadlarını. Çünki onlar dünən də, bu gün də mənimlədilər, dünyasını dəyişənlər də, yaşayanlar da. Mən də zaman-zaman onların qapısını döyürəm, ruhlarını salamlayıb səslərini eşidirəm. Bu gün isə…
Bizim yolumuz Söz körpüsündə kəsişdi, Söz körpüsündə qarşılaşdıq, tanış olduq və həmin o SÖZ körpüsündən başladı doğmalığın, dostluğun əvvəli. Deməli, Azərbaycanda «Xalq Ordusu» adlı bir qəzet çap olunurdu. İndi də var.Sadəcə adı “Azərbaycan Ordusu “ olub. O qəzetin ilk redaktoru dəyərli dostumuz, ehtiyatda olan hərbiçi-polkovnik Üzeyir Cəfərov idi. Mən də o qəzetin ilk əməkdaşlarından biri oldum və redaksiyaya ilk gəlişimdə........
© Ədalət
