İki şeirə qoşulduğum an - Əbülfət Mədətoğlu yazır
Mənə elə gəlir ki, insanlar özlərini tapanda, özləri ilə qarşılaşanda həm xoşbəxt olur, həm də bədbəxt. Bu yozum sizə bəlkə də qəribə gələ bilər. Axı, eyni anda həm xoşbəxt, həm də bədbəxt olmaq nə qədər mümkündür – deyib təəccüb edərsiz. Amma bu təəccübdə tələsməyin. Xatırlayın ki, bütün bu hallar- duyğular, hisslər insana aiddir və əgər özünü axtarışa çıxan insan nəhayət ki, məqsədinə çatsa, o xoşbəxtliyini yaşamaq istəyəcək. Amma həmin an həm də özünü görüb içindən bir təəssüf hissi keçirəcək. Axı o özünü belə görmək və yaxud belə olduğunu qəbul etmək istəməyəcək. Çünki onun içindəki Özü xəyalının, arzularının Özüdü!.. Nə isə…
Bəli, bax bu xoşbəxtliklə bədbəxtliyin arasında qalan insanın bircə yolu qalır. O da özündən qaçmaq, qurtarmaq. Təəssüf ki, bu qaçışın məsafəsi çox da uzaq deyil. Bu yol xoşbəxtlikdən bədbəxtliyə olan yol qədərdi. Bu bir andı, bu bir ahdı, bu bir…
Bəli, bu məqamda niyə qaçdığını, nədən qaçdığını, kimdən qaçdığını düşünmək fürsəti qazana bilsəm, suallar yağış kimi töküləcək üstünə. Və onda çətir də axtarmayacaqsan, daldasında gizlənməyə ağac da, qaya da aramayacaq gözün. Bircə ağlından o gəlib keçəcək. İstəyəcəksən ki, pencəyini çıxarıb atsın çiyninə... istəyəcəksən ki, onunla bir pencəyin altında daldalanıb nəfəs-nəfəsə qalasan və bir də istəyəcəksən ki…
Hə, bu yazdıqlarım əslində o hisləri mənə təkrar xatırladan, təkrar yaşamağa, gözümün önünə gətirməyə məcbur edən iki şeirdi. Həmin şeirləri oxuyanda mən........
© Ədalət
