menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İki əl boyda kitabdakı sirli dünya - Əbülfət Mədətoğlu yazır

4 0
08.01.2025

Ötən ilin sonlarında dəyərli dostum, tanınmış şair-publisist, AYB-nin Mingəçevir bölməsinin rəhbəri, əslində həm də onun yaradıcısı İsmayıl İmanzadə redaksiyamıza gəlmişdi. Elə buradaca vurğulayım ki, İsmayıl müəllim Bakı səfərlərində heç vaxt məni unutmayıb. Yəni görüşüb həmsöhbət oluruq, qayğılarımızı bölüşürük, ailəmizdən, özümüzdən, yaradıcılıqdan söhbət edirik. Təbii ki, çay süfrəsinin davamı bəllidi, amma ən zəruri olan odur ki, bizim bir-birimizə olan sayqı və sevgimiz təmənnasız, həm də safdır.

Bəli, İsmayıl müəllim budəfəki görüşümüzdə mənə özünün uşaqlar üçün yazdığı şeir kitablarını da verdi. Həmin kitabların biri «Mən atamın qızıyam», digəri isə «Hər çəməndə bir çiçək» adlanır. Demək olar ki, əl boyda olan bu kitablar rahatlıqla pencəyin qoltuq cibində istədiyin yerə apara biləcəyimiz bir ölçüdə, rəngli şəkildə çap olunub. Tərtibatı maraqlı və diqqətçəkən olan bu kitabların balaca qəhrəmanları ilə söhbət etdikcə mən də ötən illərə qayıtmış kimi olurdum.

Övladlarımın, nəvələrimin uşaqlığını xatırlayırdım və tam səmimi deyim ki, İsmayıl qardaşımın uşaq dünyasına bu qədər bələdliyi barədə heç düşünməmişdim. Amma şeirlər özü mənə o bələdçiliyi sanki xırdalamağa, təqdim və həm də kökləməyə başladı. Yəni, təqdim olunan şeirlər ruhuma doğma gəldi. Onları mən rahatlıqla özümə köçürtdüm. Məsələn, şairin «Azərbaycan bayrağı» şeirinə diqqət yetirəndə burdakı fikir və uşaq düşüncəsinin nə qədər bir-birinə yaxın olduğunu açıq şəkildə görmək mümkündür. Şair yazır ki:

Savalandı, Kəpəzdi,

Şöhrəti eldə gəzdi.

Dağ kimi yenilməzdi,-

Azərbaycan bayrağı.

Üç rəngi üç yozumda,

Dil açıbdı yazımda.

Dalğalanır arzumda,-

Azərbaycan bayrağı.

Ay-ulduzu tamaşa,

Vətənimlə baş-başa.

Səs salıb dağa-daşa,-

Azərbaycan bayrağı.

Keçib oddan, alovdan,

Üstünə çilənib qan.

Başım üstədir hər........

© Ədalət