menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

DÜNYAM Mənim... - Əbülfət MƏDƏTOĞLU yazır

50 0
05.03.2026

Birbaşa mövzuya keçirəm. Ona görə birbaşa mövzuya keçirəm ki, indi adamların səbri daralıb. O qədər kəmhövsələ olublar ki, sözü, cümləni sona qədər dinləməyə özlərində güc tapmırlar. Bax, elə mənim özüm də indiki anda, indiki məqamda çox danışıb, fikirlərimi şaxələndirib oxucunu yormaq istəmirəm. Onsuz da oxucuların indi hansı durumda olduğuna yaxşı bələdəm və bilirəm ki, nə yazsam da, nə desəm də ancaq fikirlərin mübtəda-xəbərinə diqqət yetirəcəklər. Və beləcə, yalnız sözün, fikrin görünən tərəfinə qapı açıb, diqqət yetirib onunla da işlərini bitmiş hesab edəcəklər. Mən isə belə istəmirəm!..

Bir də ki, kimdi mənim istəyimlə hesablaşan. Yaradan öz böyüklüyü ilə hər kəsi özünə tabe edib, öz itaətinə, öz ayağına gətiribdi. İstər daxilində, qəlbində Tanrı sevgisi olsun-olmasın, bəndə ən çıxılmaz durumda yenə qeyri-ixtiyari olaraq üzünü Tanrıya tutur. İçindən Tanrıya yalvarış, Tanrıya biət, Tanrıya kömək və son güvənc hissi baş qaldırır. Bax, ona görə də mən tanıdığm-tanımadığım yaxın-uzaq adamların hamısının dünyasına bir addım yaxınlaşanda öncə fikirləşirəm ki, onun içində Tanrı sevgisi var, yoxsa yox?! O adamla, o bəndə ilə ən azından bir cərgədə yanaşı dayanmaq olar, yoxsa yox?!

İnsanın hərəkəti də, duruşu da, danışığıda, baxışı da, nəfəsi də, hətta qeyri-ixtiyari hərkətləri də onun içini səhifələməyə, iç dünyasına yol tapmağa imkan verən şərtlərdəndir. Bax, bu........

© Ədalət