menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Budanan ağacın göz yaşları - Əbülfət Mədətoğlu yazır

12 5
wednesday

Mən kənddə doğulmuşam. Yaşım da az deyil. Demək olar ki, bu dünyanın hər bir üzünü, hər sifətini görmüşəm. Sərt qışını da, şaxtasını da, boranını da, qocaman ağacları kökündən qoparıb aparan selini də, daşqınını da,…ucundan tutub göyə çıxmaq mümkün olan yağışını da,…hətta ayağının ucunu görməyə imkan verməyən dumanını da...

Mən müharibəni də görmüşəm. O müharibənin başlanğıcı olan qaçqınlığı da yaşamışam. “Daş atmaqla başlayan müharibənin ağır silahlarla, döyüş texnikaları ilə davam etməsinin də şahidi, iştirakçısı olmuşam. Bütün bunları ona görə yazıram ki, mən ölümün nə olduğunu, kim olduğunu bəlkə də hamıdan yaxşı və hamıdan çox bilirəm. Çünki səngərdə müsahibə götürdüyüm igidin elə gözümün önündəcə mərmi qurbanına çevrildiyini görüb yaşamışam. Ona görə də anti-terror əməliyyatından sonra düşünürdüm ki, ölüm məni heç vaxt ağlatmaz, ölüm məni heç vaxt bükük yumağa döndərməz. Çünki özümü ölümə alışmış, ölümün daşlaşdırdığı ürək sahibi hesab etmişdim. Amma həyatımda  sən demə ən böyük yanlışı düşünmüşəm. Çünki 2024-cü ilin 24 aprelində anamı itirəndə elə ağladım ki, hələ də o ağrıyan ürəyimin sızıltısını canımda, ruhumda hiss edirəm. Və mənə doğmalar dedilər ki, bu hönkürtü hamımızı ağlatdı. Eşitməmişdik belə hönkürtü. Düşündüm ki, yəqin son ağlamağımdı, ona görə də bütün gücümlə içimdəki göz yaşlarımı axıtmaq istəmişəm. Təəssüf... yenə yanıldım... Çünki 2025-ci ilin may ayının 15-də  günün bitən anında elə ağladım ki...

Bəli, mən kənddə doğulmuşam. Budanan ağacın kəsilən yerlərindən göz yaşlarının necə damcılandığını görmüşəm. O kəsilən yerlərə torpaq basıb sarımışıq və bu da bizdən ağaca bir təsəlli olub. Sakitləşdirmişik ağacı. Anlatmaq istəmişik ki, “Ay ağac, biz sənə qayğı göstəririk, cavanlaşdırırıq, ömrünü uzadırıq...”

Hə, beləcə özümüzün uydurduğumuz təsəlli ilə sakitləşdirmişik ağacı. Amma ağacın bizimlə həmfikir olduğuna razılaşdığına heç əhəmiyyət də verməmişik. Çünki qərarı biz vermişdik, hicranı da biz etdik, budanan isə ağac oldu...

İndi oturub fikirləşirəm. Və yadıma sala bilmirəm ki, kimsə onun barəsində mənə və yaxud hansısa bir yaxınımıza, doğmamıza giley etmiş olsun, narazılıq bildirsin. Heç cür xatırlamıram. Çünki o, doğulduğu kimi yaşayırdı, öz xarakteri ilə, öz kobudluğu və səmimiyyəti ilə. Heç vaxt ütülü danışmırdı. Sözü seçmirdi. Kimə nə deyirdisə, dilindəkini yox, ürəyindəkini deyirdi, hamıya da əl uzadırdı. Heç bir........

© Ədalət