menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

BİR ŞƏKLİN İŞIĞINDA - Əbülfət MƏDƏTOĞLU yazır

20 0
02.07.2026

Onunla yolumuz uzun illər öncə kəsişmişdi. Və bu kəsişmənin də mərkəzində ikimizin ortaq dostu dayanmışdı. Təbii ki, bu ortaqlığın da mayası söz idi, ədəbiyyat idi. Deməli, üçümüz də sözün işığına təkcə cəm olmamışdıq, həm də könül vermişdik, özümüzü o işığa bələmişdik. Oxuya-oxuya, yeni söz havası araya-araya və bir də öz sözümüzün zamanın, cəmiyyətin, oxucunun ruhuna köklənməsi üçün öyrənirdik, yazırdıq...

İllər sürətli, zaman hakim, yaş öz işini görən, həyat da ki amansız. Qayğılar çoxaldıqca, yük ağırlaşdıqca və təbii ki, sözün meydanı hər cür fürsətcil, yad, bəzən də tamam dəxlisiz adamlarla dolanda bir addım geri çəkilmək, həm o meydana, həm də özünə kənardan baxmaq kimi hallar bizdən də yan keçmədi. Özümüzə də, sözümüzə də baxdıq, özümüz haqqında, sözümüz haqqında fikirlər də eşitdik, bir də baxıb gördük ki, yaş öz işini görüb.........

© Ədalət