menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

" Köhnəlməyən xiffət"-in yeni çalarları - Əbülfət Mədətoğlu yazır

10 0
yesterday

Şeir – mənə görə hamının yaza biləcəyi söz, fikir, cümlə toplusu deyil. Yəni bir-biri ilə səsləşən, bir-biri ilə yola gedən sözlərin bir araya gəlməsi anlamını daşımır. Mənim inancıma və bildiyimə görə şeir ilahi bir hədiyyədi, paydı, sovqatdı, həm də vergidi!.. Və mənə görə şeir o vaxt yazılır ki, onun yazılma, bir az açıq ifadə etsəm, onun dünyaya gəlmə məqamı tamam olur, yetişir. Bax, onda şeir yazılır. Özü də hökm deyil ki, dəftərə, kağıza, bilgisayara yazılsın. Şeir öncə ürəyə, yaddaşa yazılır. Sonra ordan köçür onu idarə edənin, əslində isə idarə olunanın istədiyi ünvana.

Bax, bu mənada demək olar ki, mən hər gün çoxlu və hətta saysız-hesabsız sözlə, cümlə ilə qarşılaşıram. Yolum kəsişir, sözlərim baş-başa gəlir. Həmin o minlərlə sözün içində hərdən qarşıma ŞEİR də çıxır. Oxuyuram, düşünürəm, içimdə həm təkrarlayıram, həm də yaşayıram o şeiri. Özü də kimin yazmasından, kimə aid olmasından asılı olmayaraq. Çünki mənim daxilimdə ŞEİRƏ paxıllıq yoxdur. Şeirə sevgi var və bir də heyrət var. Məni heyrətləndirən şeirlərin sadəcə olaraq qarşısında baş əyirəm və az-çox sözü tanıyan adam kimi o cür ilahi şeirlər üçün özümdə güc axtarıram, təpər axtarıram. Lap açığını desəm, mən də o şeirlərin müəlliflərindən olmaq istəyirəm. Zənnimcə istək günah sayılmır. Heç paxıllıq da sayılmır və …

Bəli, işimlə, həyatımla bağlı kifayət qədər söz adamı ilə, yazı adamı ilə təmasım var. Onların arasında mənə doğma olanlar üstünlük təşkil edir. Çünki mən söz adamlarını RUH doğmaları hesab edirəm. Özüm-özümü inandırmışam ki, ruh doğmaları bacıdan, qardaşdan kənarda qalmır. Onlar qədər yaxındı mənə. Bax, bu mənada ruh doğmamım sözü ilə qarşılaşanda elə bilirəm ki, elə onun özünü gördüm, özü ilə həmsöhbət oldum!..

Bugünlərdə bir kitab hədiyyə olundu mənə. Hələ mətbəə qoxusu canında olan və ilk təmasının da mənimlə olduğunu düşündüyüm kitabın adı dərhal diqqətimi çəkdi. Çünki o addakı «xiffət» sözü mənim yaddaşıma işıq saldı. Az-az işlətdiyimiz, az-az yadımıza düşən sözdü bu mənim üçün. Xüsusilə 30 il yurdsuz-yuvasız, evsiz-eşiksiz, Vətəndə vətənsiz olduğum illərdə o xiffət məni bir an da olsun tərk etmədi. Və mən həm ocağım üçün, həm evim üçün, həm elim üçün, həm tanıdığım daş, qaya, dağ, dərə, çay, bulaq, meşə, hətta əkdiyim ağac, gül, oxuduğum məktəb, gəzdiyim biçənəklər, ziyarət etdiyim doğmaların məzarları… Bir sözlə, hər şey məni o xiffəti yaşamağa məcbur etdi, xiffət çəkdim. Sonuna gün doğacağını, işıq düşəcəyini düşünə-düşünə. Şükürlər olsun ki, o günəş doğdu, o işıq düşdü və kəndim də, elim də, işğalda olan ərazilərimiz........

© Ədalət